“Milli Şura mitinqə yüz nəfər də yığa bilməyəcək”

“Milli Şura mitinqə yüz nəfər də yığa bilməyəcək”
  13 Dekabr 2013    Oxunub:1291
“Demokratik ölkə olduğumuza görə, Milli Şuranın mitinq keçirmək hüququ var və bu təmin olunacaq”.
Bu fikirləri AzVision.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü Aydın Mirzəzadə Milli Şuranın 15 dekabrda keçiriləcək mitinqdən danışarkənd eyib.

YAP-çı deputat vurğulayıb ki, Milli Şura qiymət artımı ilə bağlı mövqeyini artıq bildirib:

“Mitinq keçirməsi onun fikrini ifadə etmənin digər formalarından istifadə etmək istəyindən xəbər verir. Demokratik ölkə olduğumuza görə, onların mitinq keçirmək hüququ var və bu təmin olunacaq. Mitinqə nə qədər insanın yığıla biləcəyinə gəlincə isə, onlar nə dərəcədə cəmiyyətin fikrinin ifadəçiləridir? Əlbəttə ki, qiymət artımı ağrılı prosesdir. Amma bu, iqtisadi tələbdən, daxili bazarı qorumaq istəyindən irəli gəlir və cəmiyyət bunu başa düşür. Hesab edirəm ki, Milli Şura mitinqə çox da böyük sayda insan toplaya bilməyəcək. Onsuz da onların siyasi nüfuzu cəmiyyətdə aşağıdır. Bu baxımdan bir neçə yüz insanın toplanması məncə onların siyasətinə cəmiyyətin verdiyi qiymət olacaq”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti