Rafiq Hüseynov əməliyyatdan sonra danışa bilmir
AzVision.az-a açıqlamasında bu sözləri məşhur diktorun həyat yoldaşı Səbinə Hüseynli deyib. Onun sözlərinə görə, Rafiq Hüseynov hazırda özünü yaxşı hiss edir:
“Günü-gündən səhhəti yaxşılığa doğru gedir. Amma danışmaqda çətinlik çəkir. Danışa bilmir, danışan zaman nəfəs alıb-verməkdə əziyyət çəkir. Amma həkimlər ona heç bir qadağa qoymayıb”-deyə, R.Hüseynovun həyat yoldaşı əlavə edib.
Qeyd edək ki, xərçəngdən əziyyət çəkən xalq artisti, tanınmış diktor Rafiq Hüseynov dekabrın 10-də Türkiyədə əməliyyat olunub. Onun müalicə və müayinəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb.
Sevinc İltifatqızı