Cüdoçumuz Avstraliyada bürünc medal qazanıb

Cüdoçumuz Avstraliyada bürünc medal qazanıb
  04 Noyabr 2019    Oxunub:1638
Avstraliyanın Pert şəhərində cüdo üzrə Okeniya açıq turnirində Azərbaycan millisi aktivinə daha bir medal yazdırıb.
Azvision.az xəbər verir ki, beynəlxalq yarışın ikinci günü cüdoçumuz Murad Fətiyev bürünc medala sahib olub. 81 kq çəki dərəcəsində mübarizə aparan Murad bürünc medal uğrunda görüşdə İtaliya təmsilçisi Andrea Reqisə qalib gələrək "Okeaniya Open" turnirində 3-cü yeri tutub.

Qeyd edək ki, Avstraliyada 66 ölkədən 310 cüdoçu mübarizə aparıb. Ölkəmiz beynəlxalq yarışda 9 cüdoçu ilə təmsil olunub. Xatırladaq ki, Turnirin ilk günü Nicat Şıxəlizadə komandamıza gümüş medal qazandırıb. Tokio Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan Okeaniya açıq turnirində uğur əldə edən Nicat Şıxəlizadə və Murad Fətiyev aktivinə vacib xallar yazdırıblar.

Azvision.az



Teqlər: Cüdo  





Xəbər lenti