Dənizdə köməksiz qalan 2 balıqçı xilas edildi

Dənizdə köməksiz qalan 2 balıqçı xilas edildi
  04 Noyabr 2019    Oxunub:1377
Fövqəladə Hallar Nazirliyi (FHN) dənizdə köməksiz qalan 2 balıqçını xilas edib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərinin Corat qəsəbəsi yaxınlığında dənizdə (sahildən təxminən 1 km dənizin içinə doğru) 2 nəfərin (balıqçı) taxta qayıqda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən balıqçılar xilas edilib, qayıq isə yedəyə alınaraq sahilə gətirilib.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti