Premyer Liqada 11-ci turun oyun cədvəli

Premyer Liqada 11-ci turun oyun cədvəli
  05 Noyabr 2019    Oxunub:1581
Futbol üzrə Azərbaycan Premyer Liqasında 11-ci turun oyun cədvəli açıqlanıb.
Azvision.az Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir ki, tura noyabrın 9-da Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ”–“Səbail” oyunu ilə start veriləcək. Həmin gün “Keşlə” və “Neftçi” klubları “ASCO Arena”da üz-üzə gələcəklər.

Tura noyabrın 5-də keçiriləcək iki oyunu ilə yekun vurulacaq. Günün ilk görüşündə “Sabah” komandası “Sumqayıt”la qarşılaşacaq. Matç “Bank Respublika Arena”da keçiriləcək. Turun yekun qarşılaşması son çempion “Qarabağ” və “Zirə” komandaları arasında oynanılacaq. Görüş Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Qeyd edək ki, 10 turdan sonra turnir cədvəlinə 26 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 18 xal olan “Neftçi” ikinci, 16 xalı olan “Keşlə” isə üçüncü yerdə qərarlaşıblar. Digər pillələrdə müvafiq olaraq “Səbail” (11), “Sumqayıt” (11), “Zirə” (10), “Sabah” (10) və “Qəbələ” (6) yer alıblar.

Azvision.az



Teqlər: Premyer-Liqa   Oyun   Cədvəl  





Xəbər lenti