Yenə də qar yağacaq, yollar buz bağlayacaq - HAVA

Yenə də qar yağacaq, yollar buz bağlayacaq - HAVA
  13 Dekabr 2013    Oxunub:1130
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında Dekabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən səhər və axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında Dekabrın 14-də hava şəraitinin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Yollar buz bağlayacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 10-15, yüksək dağlıq ərazilərdə 18-23, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti