Prezident Bakıda yeni park açdı

Prezident Bakıda yeni park açdı
  13 Dekabr 2013    Oxunub:1223
Dekabrın 13-də Bakıda Dədə Qorqud parkının açılışı olub. Açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.

Geniş tikinti və abadlıq işləri nəticəsində Bakının Nərimanov rayonunda 6 hektar ərazidə Dədə Qorqud parkı salınıb. Parkın mərkəzində “Kitabi-Dədə Qorqud” abidəsi ucaldılıb. Abidənin müəllifi əməkdar rəssam, heykəltəraş Görüş Babayevdir.

Dövlət başçısı əvvəlcə Azərbaycanın elm, təhsil və mədəniyyət ictimaiyyətinin tanınmış nümayəndələri ilə görüşüb.

Prezident İlham Əliyev mərasimdə çıxış edib.

Sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Kamal Abdullayev və xalq rəssamı Görüş Babayev çıxış edərək dövlət başçısına minnətdarlıqlarını çatdırıblar.

Azərbaycan Prezidenti abidənin üzərindəki örtüyü götürüb. Daha sonra dövlət başçısı və tədbir iştirakçıları parkla tanış olublar.

Parkın 6 hektarlıq ərazisinin yarısında göl, parkda isə müasir şəlalə yaradılıb, gəzinti üçün körpülər inşa edilib. Dövlət başçısı parkda yaradılmış şəraitdən razılığını bildirib.


Teqlər:  





Xəbər lenti