Qusarda qardan sonra vəziyyət necədir? - Deputat
Qusardan seçilən deputat Azər Badamov bu rayondakı vəziyyətindən danışıb. Millət vəkili AzVision.az-a açıqlamasında hazırda Qusarda ciddi problem olmadığını deyib:
“Qusardan bu gün qayıtmışam. 40 sm-ə yaxın qar yağmışdı. Yollar təmizlənib, qum səpilib. Işıq, su və qazla bağlı heç bir problem yoxdur. Həyat öz axarı ilə davam edir. Qusar dağlıq yer olduğu üçün həmişə ekstermal vəziyyətlərə hazırdır. Həm də Qusar Rayon İcra Hakimiyyəti başçısını rəhbərliyi altında yüksək səviyyədə qışa hazırlıq görülüb. Belə bir fövqəladə hal yarananda dərhal aradan götürülür”.-deyə deputat bildirib.
Nihadə Eyyubova
Teqlər: