“Barselona”dan gözlənilməz nəticə, “Zenit” uduzdu

“Barselona”dan gözlənilməz nəticə, “Zenit” uduzdu
  06 Noyabr 2019    Oxunub:1987
UEFA Çempionlar Liqasında qrup mərhələsinin dördüncü turuna start verilib.
Azvision.az xəbər verir ki, F qrupunda yer alan İspaniyanın “Barselona” klubu öz meydanında Çexiyanın “Slaviya Praqa” komandasını qəbul edib.

Gərgin mübarizə şəraitində keçən görüşdə qapılara qol vurulmayıb. Bununla da çempionluğa iddialı olan Katalon təmsilçisi öz meydanında xal itirib.

G qrupunda isə Rusiyanın “Zenit” klubu Almaniyanın “Leyptsiq” komandasına 0:2 hesabı ilə məğlub olub.

Azvision.az



Teqlər: Çempionlar-Liqası   Barselona  





Xəbər lenti