Sərdar Cəlaloğlu Milli Şuranın mitinqinə qarşı çıxdı

Sərdar Cəlaloğlu Milli Şuranın mitinqinə qarşı çıxdı
  13 Dekabr 2013    Oxunub:909
Azərbaycan Demorkat Partiyası (ADP) Milli Şuranın qiymət artımına qarşı keçirəcəyi mitinqə etiraz edib.

AzVision.az-a açıqlamasında ADP sədri siyasi partiyaların qiymət artımına etirazı başa düşünən deyil.

“Çünki elmi şəkildə politologiya da sübut edir ki, sosial hüquqlar uğrunda mübarizə aparanda insanlar siyasi hüquqlarından güzəştə gedirlər. Biz də siyasi partiya olaraq siyasi hüquqları müdafiə etməliyik, sosial hüquqları yox. Sosial hüquqları müdafiə etmək üçün həmkarlar ittifaqları və istehlakçıların hüquqlarını müdafiə edən qeyri-hökumət təşkilatları var. Hansı ki, onlar xaricdən milyonlarla qrant alır, vəzifələri də vətəndaşların sosial-iqtisadi haqlarının qorunmasıdır. Biz o zaman prosesə qoşula bilərik ki, sosial-iqtisadi mübarizə siyasi müstəviyə keçsin və artıq siyasi şüarlar səslənsin. O zaman siyasi partiya kimi o prosesə qoşulmalıyıq”.

S.Cəlaloğlu rəhbəri olduğu partiya üzvlərinin mitinqə gedib-getməyəcəyi haqda suala da aydınlıq gətirib.

“Azərbaycan Demorkat Partiyasında Milli Şuranın mitinqində iştirak edib etməməyi müzakirə olunub. Üzvlərimizin konstitusyon hüquqlarını hər hansısa ad altında məhdudlaşdırmaq hüququmuz olmadığına görə üzvlərimiz müstəqil şəkildə bu cür aksiyalarda iştirak etməsi haqqında qərar qəbul etdik”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti