“Qızıl qlobus” nominantları açıqlandı – VİDEO, FOTOLAR

“Qızıl qlobus” nominantları açıqlandı – VİDEO, FOTOLAR
  13 Dekabr 2013    Oxunub:1605
“Oskar”ın məşqi sayılan “Qızıl qlobus” mükafatına nominantlar bəlli olub. Nomnantları Əziz Ənsari, Oliviya Uayld və Zoi Saldana elan ediblər.
Rejissor Stiv Makkuinin çəkdiyi “Qulun 12 ili” filmi ən yaxşı dramatik film kimi nominant göstərilib. Bundan başqa, həmin kateqoriyada Alfons Kuaronun “Qravitasiya”, Pol Qrinqrassın “Kapitan Filips”, Ron Hovardın “Yarış”, Stiven Frirzin “Filomena” ekran əsərləri var.

“Ən yaxşı aktyor” adı uğrunda Mettyu Makkonahi, Çivetel Edciofor, Tom Hənks, İdris Elba, Robert Redford, “ən yaxşı aktrisa” kateqoriyasında isə Keyt Blanşett, Sandra Ballok, Keyt Uinslet, Emma Tompson və Cudi Denç mübarizə aparacaqlar.

“Ən yaxı musiqili və komediya filmi” nominasiyasında iddiaçıların arasında Martin Skorsezenin çəkdiyi “Uoll-Strit canavarı” və Koen qardaşlarının “Lyui Devisin daxilində” filmi var.

Qaliblər yanvarın 12-də elan olunacaq.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti