“Bavariya” və “Yuventus” 1/8 finala yüksəldi

  07 Noyabr 2019    Oxunub : 1024
“Bavariya” və “Yuventus” 1/8 finala yüksəldi
UEFA Çempionlar Liqasında IV turun oyunları davam edir.
Azvision.az xəbər verir ki, B qrupunda yer alan “Bavariya” öz meydanında “Olimpiakos”u qəbul edib. Görüş Almaniya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə sayəsində “Bavariya” 1/8 finala yüksəlib.

C qrupunda mübarizə aparan “Yuventus” isə Rusiyada “Lokomotiv”lə üz-üzə gəlib. Səfər oyununda 1:2 hesablı qələbəyə sevinən italiyanlar qrup lideri kimi növbəti mərhələyə keçiblər.

Azvision.az

Teqlər: Bavariya   Yuventus