Babək prospektinin qazılacağı barədə xəbərə aydınlıq gətirildi

  07 Noyabr 2019    Oxunub : 556
Babək prospektinin qazılacağı barədə xəbərə aydınlıq gətirildi
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Babək prospektində kanalizasiya xətlərinin çəkiləcəyi ilə bağlı məlumata münasibət bildirib.
Azvision.az -ın məlumatına görə, Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirilən ənənəvi mətbuat konfrasında iştirak edən Q.Hüseynov deyib ki, yayılmış informasiya tamamilə səhvdir.

Onun sözlərinə görə, bu məlumatın yayılması texniki xəta olub: "Babək prospektində kanalizasiya sisteminin çəkiləcəyi ilə bağlı məlumat tam yanlışdır. Həmin prospektdə işlər çoxdan başa çatıb. Bu sadəcə saytda yaranmış texniki səhv olub. Orada bizim heç bir işimiz qalmayıb. Saytda tarix səhv qeyd olunub".

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: Azərsu   Prospekt