"Mersedes"lər toqquşdu, sərnişin öldü

"Mersedes"lər toqquşdu, sərnişin öldü
  13 Mart 2013    Oxunub:1433
Bakıda iki "Mersedes"in toqquşması nəticəsində bir nəfər ölüb.
Martın 12-i saat 21:00 radələrində Ziya Bünyadov prospektində ("Çermet" körpüsünün yaxınlığında) 1985-ci il təvəllüdlü Rəşad Məmmədov idarə etdiyi "Mersedes" markalı "10-MZ-308" dövlət nömrə nişanlı avtomobillə hərəkət edərkən Elşən Əliyevin idarə etdiyi "Mersedes" markalı "90-MV-041" dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Nəticədə Rəşad Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin, 1982-ci təvəllüdlü Mirzəyev Rahim Qiyas oğlu hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi açılıb.


Teqlər:





Xəbər lenti