İraqda etiraz aksiyalarında 10 nəfər ölüb

İraqda etiraz aksiyalarında 10 nəfər ölüb
  07 Noyabr 2019    Oxunub:2522
İraqda son 24 saat ərzində hökumət əleyhinə nümayişlərdə 10 nəfər həlak olub.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, ölənlərdən dörd nəfəri təcili yardım xidmətinin işçiləridir.

Yeddi nəfər isə Təhrir meydanındakı nümayişlər zamanı həlak olub.

Qeyd edək ki, İraqda etirazlar oktyabr ayının əvvəlindən davam edir. Aksiya iştirakçıları hökumətin istefasını, korrupsiyaya, işsizliyə son qoyulmasını, həyat şəraitinin yaxşılaşmasını tələb edirlər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İraq  





Xəbər lenti