Suriyada kimyəvi silahdan beş dəfə istifadə olunub

Suriyada kimyəvi silahdan beş dəfə istifadə olunub
  13 Dekabr 2013    Oxunub:1190
BMT-nin silahsızlaşdırma məsələləri üzrə idarəsinin saytında belə bir məlumat yerləşdirilib
Suriyada kimyəvi silahdan istifadə faktları ilə bağlı araşdırma aparan BMT-nin ekspert qrupu yekun məruzəsini təqdim edib. Qurumun silahsızlaşdırma məsələləri üzrə idarəsinin hazırladığı məruzəyə əsasən, paytaxt Dəməşqin Guta bölgəsi də daxil olmaqla, 5 müxtəlif bölgədə kimyəvi silahdan istifadə edildiyi təsdiqlənib. Məruzədə kimyəvi silahların Xan əl-Əssəl, Cobar, Sarakeb və Əşrəfiyyə Səhnəyə adlanan yerlərdə istifadə ediliyi bildirilir. Lakin müfəttişlər Şeyx Maqsud və Bahariye bölgələrdən analoji silahlardan istifadəsi ilə bağlı heç bir fakt aşkarlamayıblar. Məruzədə silahların münaqişə tərəflərindən hansının istifadə etdiyinə dair də məlumat yoxdur. BMT-nin baş katibi Pan Gi Mun faktları beynəlxalq qanunun kobud şəkildə pozulması kimi dəyərləndirib. O bildirib ki, bu cür zorakılıqlar bəşəriyyətə qarşı təhqirdir: «Biz nəinki Suriyada, bütün dünyada bu cür silahların tam məhv edilməsinə çalışmalıyıq». Bu arada, Səudiyyə Ərəbistanı İordaniya və Livanda olan suriyalı qaçqınlara yardım məqsədilə 10 milyon dollar ayırmaq barədə qərar qəbul edib.

AzVision.az



Teqlər:





Xəbər lenti