Yaxın Şərqdə təbii anomaliya müşahidə olunur: İsrail, Suriya, Livan, İordaniyaya güclü qar yağıb. Hətta qışda belə adətən temperaturun +10-dən aşağı düşmədiyi yerlərdə indi 0 dərəcədən aşağı soyuq var.
İsraildə məktəblər və avtomobil yolları bağlanıb. Livandakı Suriya qaçqınları isə əsl fəlakətlə üzləşiblər. Suriyanın özündə vətəndaş müharibəsi qan və qar içində davam edir.