"Mübarizəmizi sona qədər davam etdirəcəyik" - Qurban Qurbanov

  08 Noyabr 2019    Oxunub : 831
"Mübarizəmizi sona qədər davam etdirəcəyik" - Qurban Qurbanov
"Hesab 1:0 olduqdan sonra, iki, üç və dördüncü qolları vura biləcəyimiz halda məğlub olduq"
Azvision.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Kiprdə APOEL-ə 2:1 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

“Həm Bakıda, həm də bu gün rəqibdən çox qol epizodumuz olsa da, qalib gələ bilmədik. Nəticə nə qədər ədalətsiz olsa da, APOEL-i təbrik etməliyik. Hələ heç nə bitməyib, mübarizəmizi sona qədər davam etdirəcəyik”, - deyə 47 yaşlı mütəxəssis bildirib.

Azvision.az

Teqlər: QurbanQurbanov