İlham Əliyev təbrik və təltif etdi

İlham Əliyev təbrik və təltif etdi
  14 Dekabr 2013    Oxunub:1104
AzVision.az xəbər verir ki,Azərbaycan Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının yeni seçilmiş Prezidenti Didye Burkhalterə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "İsveçrə Konfederasiyasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Azərbaycan-İsveçrə münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Ümidvaram ki, dostluq əlaqələrimizin daim möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın hərtərəfli inkişafı yolunda səylərimizi bundan sonra da davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İsveçrə xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".

***
Azərbaycan Prezidenti İlham Əliyev Rene van der Lindenin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası ilə Niderland Krallığı arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə Niderland Hökumətinin Xəzər regionu, Türkiyə və Rusiya üzrə enerji məsələlərinə dair xüsusi elçisi, senator Rene van der Linden "Dostluq" ordeni ilə təltif edilsin.


Teqlər:  





Xəbər lenti