Ukrayna ilə hərbi əməkdaşlıq müzakirə edildi

Ukrayna ilə hərbi əməkdaşlıq müzakirə edildi
  14 Dekabr 2013    Oxunub:1096
Azərbaycanla Ukrayna arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub.
Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenkonu qəbul edib.

AzVision.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, səfir müdafiə nazirini yeni vəzifəyə təyin edilməsi münasibəti ilə təbrik edərək, ona gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Görüş zamanı regiondakı hərbi-siyasi vəziyyət, Ukrayna-Azərbaycan ikitərəfli əməkdaşlığı və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələləri barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Ukrayna Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi polkovnik Vladimir Mitin də iştirak edib.


Teqlər:  





Xəbər lenti