Millət vəkili jurnalistlərdən narazı qalıb
“Bu gün Azərbaycanın sözün əsl mənasında qəhrəman oglu İbad Hüseynovun dəvətiylə "Atilla" jurnalının və "Xüsusi təyinatli" kitabının təqdimetmə mərasimində iştirak edirdim. Bir məqama görə çox pis təsirləndim. Bu qədər jurnalist və media burulğanından tədbirdə yalniz AzTV iştirak edirdi. Onlar da tələm-tələsik bir-iki kadr çəkib getdilər. Öz-özlüyümdə fikirləşdim. Biz niyə beləyik? Və biz nə vaxt düzələcəyik görəsən? Axı həmin İbad Hüseynovun əvəzinə bir qulağı sırğalı müğənni albom təqdimatı keçirsəydi, indi zalda jurnalist əlindən tərpənmək olmayacaqdı”
AzVision.az