Mikayıl Cabbarov prezidentin adından təbrik etdi

Mikayıl Cabbarov prezidentin adından təbrik etdi
  14 Dekabr 2013    Oxunub:958
Yaponiyanın milli bayramı şərəfinə.
Bu gün Yaponiyanın Azərbaycandakı səfirliyi İmperator Akihitonun anadan olmasının 80-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra qonaqları salamlayan səfir Tsuquo Takahaşi bildirmişdir ki, Konstitusiyaya görə, Yaponiya İmperatoru yapon xalqının birlik rəmzidir və onun doğum günü milli bayram kimi qeyd olunur.

Azərbaycan ilə Yaponiya arasında əlaqələrdən danışan diplomat vurğulayıb ki, yüksək səviyyəli qarşılıqlı səfərlər əməkdaşlığımızın bütün istiqamətlərdə inkişafına töhfə verir.
Səfir ölkələrimiz arasında əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirib.

Təhsil naziri Mikayıl Cabbarov əlamətdar gün münasibətilə yapon xalqını Prezident İlham Əliyevin adından təbrik etmiş, dövlətimizin başçısının salamlarını və xoş arzularını çatdırıb.

Nazir bildirib ki, ölkələrimiz arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir.

Azərbaycanda həyata keçirdiyi bir çox layihələrə görə Yaponiya hökumətinə minnətdarlığını bildirən Mikayıl Cabbarov ölkələrimizin müxtəlif sahələrdə fəal əməkdaşlıq etdiyini vurğulayıb.

Nazir əmin olduğunu bildirdi ki, iki ölkə arasında münasibətlər getdikcə daha da möhkəmlənəcək və genişlənəcək.

Tədbirdə Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.


Teqlər:  





Xəbər lenti