Vidadi Babanlı: “Nə oxuya, nə də yaza bilirəm”

      Vidadi Babanlı:    “Nə oxuya, nə də yaza bilirəm”
  08 Noyabr 2019    Oxunub:4286
“Cavanlıqda elə bilirdim ki, həmişə sağlam olacağam. Qocalığın çətinliklərini yada salmırdım”

Bunu Azvision.az -a tanınmış nasir, şair, tərcüməçi Vidadi Babanlı bildirib. 92 yaşlı yazar səhhətindən danışıb, hazırda normal olduğunu deyib.
“İndi babatam, gözlərim çox zəif görür, nə oxuya, nə də yaza bilirəm. Əsərimi qızıma, ya da tibb bacısına diktə edirəm, onlar yazırlar, düzəlişlər edirik. İndi fikrimi əsərimin üzərində cəmləmişəm. Mövzunun nə olduğunu əsəri bitirməmiş demərəm. Evdən kənara çıxa bilmirəm. Gözüm yaxşı görmür deyə televizora da baxmıram, çox vaxt radio dinləyirəm. Bu yaxınlarda televiziya kanallarından birində haqqımda veriliş getdi, bu məni çox sevindirdi".

V.Babanlı keçmiş günlər üçün darıxdığını söyləyib: "Çölə həsrət qalmışam. Cavanlıqda adam elə bilir ki, ömrünün axırına qədər belə sağlam olacaq, əli qələm tutacaq, gözü görəcək. Qocalığın çətinliklərini heç kim yada salmır. Onu ancaq çətin vəziyyətə çatanda başa düşürsən ki, həyat nədir, necədi”

Şahan Rəhimli
Azvision.az


Teqlər: VidadiBabanlı  





Xəbər lenti