Moralesi devirmək istəyirlər

Moralesi devirmək istəyirlər
  09 Noyabr 2019    Oxunub:1634
“Boliviyada dövlət çevrilişinə cəhd edilir”.
Azvision.az xəbər verir ki, bu barədə ölkə prezidenti Evo Morales özünün “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, təcavüzkar düşüncəli şəxslərin formalaşdırdığı qruplar çevriliş cəhdi həyata keçirmək istəyir. Morales ölkəsinin bunu qətiyyətlə rədd etdiyini vurğulayıb.

Qeyd edək ki, Boliviyada oktyabrın 20-də keçirilən prezident seçkilərində səslərin sayılmasından sonra etirazlar başlayıb.


Azvision.az


Teqlər: Boliviya  





Xəbər lenti