Baş məşqçi istefaya göndərildi

  09 Noyabr 2019    Oxunub : 924
Baş məşqçi istefaya göndərildi
Almaniya Bundesliqasında mübarizə aparan "Köln" klubunun baş məşqçisi Axim Bayerlorzer istefaya göndərilib.
Azvision.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Rəhbərliyin bu addımı atmasına səbəb komandanın mövsüm boyu uğursuz çıxışıdır. "Köln"ü müvəqqəti olaraq Andre Pavlyak və Manferd Şmid çalışdıracaq.

Qeyd edək ki, Almaniya klubu hazırda 7 xalla 17-ci pillədə qərarlaşıb.

Azvision.az

Teqlər: Futbol   Bundesliqa   Köln   İstefa