Ərdoğan və Putin arasında telefon danışığı olub

   Ərdoğan və Putin arasında telefon danışığı olub
  10 Noyabr 2019    Oxunub:3104
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti administrasiyası məlumat yayıb.

Telefon danışığı zamanı dövlət başçıları Suriyadakı vəziyyət daxil olmaqla bir çox məsələ ilə bağlı müzakirə aparıblar. Prezidentlər həmçinin oktyabrın 22-də imzalanmış Soçi memorandumuna sadiqliyi təsdiq ediblər.

Ölkə başçıları ikitərəfli əlaqələrin inkişafı, Rusiya və Türkiyə arasında ticarətin artırılması addımları ilə bağlı fikir mübadiləsi aparıblar.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Rusiya   Türkiyə   Ərdoğan   Putin  





Xəbər lenti