Azər Kərimli dünyaya semitizm başa salacaq

Azər Kərimli dünyaya semitizm başa salacaq
  14 Dekabr 2013    Oxunub:1361
Milli Məclisin deputatı Belçikaya və İtaliyaya səfər edəcək.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Milli Məclisin deputatı Azər Kərimli “Yəhudi-müsəlman birgə yaşayışı. Avropada antisemitizmə cavab: Azərbaycan nümunəsi” adlı tədbirdə iştirak etmək üçün dekabrın 16-17-də Belçikanın Brüssel şəhərində səfərdə olacaq.

Milli Məclisin mətbuat xidmətindən bildiriblər ki, Azər Kərimli müzakirələrdə Azərbaycandakı tolerantlıq mühiti, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin birgə yaşamaq hüquqlarından danışacaq.

Azər Kərimli, həmçinin İtaliya-Azərbaycan Assosiasiyasının illik hesabat konfransında iştirak etmək üçün dekabrın 18-dən 21-dək Roma şəhərində olacaq.


Teqlər:  





Xəbər lenti