İrina Kindzerska Dneprdə yenə birinci olub

İrina Kindzerska Dneprdə yenə birinci olub
  10 Noyabr 2019    Oxunub:1765
Cüdo üzrə açıq mütləq Ukrayna çempionatı başa çatıb.
Azərbaycan Cüdo Federasiyasından Azvision.az -a verilən məlumata görə, Dnepr şəhərində keçirilən yarışda Azərbaycan idmançıları da iştirak ediblər. Ağır çəkili qadın cüdoçular arasında Ukraynanın mütləq çempionunu müəyyənləşdirmək üçün yarışan təmsilçimiz İrina Kindzerska vətənində yenilməz olub. Qrupdakı üç görüşünü qələbə ilə başa vuran idmançımız əvvəl yarımfinalda Qalina Tarasova, daha sonra finalda Yelizaveta Kalaninanı məğlub edərək ardıcıl üçüncü dəfə Ukraynanın mütləq çempionu olub.

Qeyd edək ki, bu nəticəyə görə İrina Kindzerska 5 min dollar mükafat alıb.

Azvision.az



Teqlər: Cüdo  





Xəbər lenti