Bir qram leqal marixuananın qyməti isə 1 dollar olacaq. Yetkinlik yaşına çatmış hər kəs ayda 40 qrama qədər marixuana ala bilər. Amma onun xaricilərə satılması qadağandır.
Ölkədə marixuananın leqallaşdırılması ideyası prezident Xose Muxikə məxsusdur. Onun fikrincə, bu addım marixuananın qara bazarını ləğv edəcək və insanların daha ağır narkotiklərə keçməsinin qarşısını alacaq.
Qeyd edək ki, qəbul edilən qanun layihəsi Uruqvayın da imzaladağı 1961-ci ilə aid Narkotik Vasitələr haqqında Konvensiyaya ziddir. Artıq BMT bununla bağlı təəssüfləndiyini bildirib.
2016-ci ildə BMT-nin narkotika mövzusu ilə bağlı xüsusi sessiyasının keçiriləcəyi gözlənilir.
AzVision.az