Şahmatçılarımız Avropa kubokuna qələbə ilə başladılar

Şahmatçılarımız Avropa kubokuna qələbə ilə başladılar
  11 Noyabr 2019    Oxunub:1592
Monteneqroda start götürən klublararası Avropa kuboku turnirinə Azərbaycanın “Vüqar Həşimov” və “Odlar Yurdu” komandaları qələbə ilə start veriblər.
Azvision.az xəbər verir ki, turnirin birinci turunda “Vüqar Həşimov” klubu Belçikanın “Fonteine”, “Odlar Yurdu” komandası isə İsrailin “Rishon Lezion” komandası ilə qarşılaşmaları 4:0 hesablı qələbə ilə başa vurublar.

Qeyd edək ki, “Vüqar Həşimov” klubunun heyətinə Rauf Məmmədov, Vüqar Əsədli, Ülvi Sadıqov, Anar Allahverdiyev, Aydın Süleymanlı, Əhməd Əhmədzadə və ukraynalı qrossmeyster Nataliya Buksa daxildir. “Odlar Yurdu” komandasında isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Zeynəb Məmmədyarova mübarizə aparırlar.

Noyabrın 16-dək keçiriləcək turnir 7 turdan ibarət olacaq.

Azvision.az



Teqlər: Şahmat   Avropa-Kuboku  





Xəbər lenti