Milli Qəhrəmanın şəhid olduğu gündür

Milli Qəhrəmanın şəhid olduğu gündür
  12 Noyabr 2019    Oxunub:2081
Bu gün Milli Qəhrəman Rafael Əsədovun anım günüdür.
Azvision.az xəbər verir ki, Rafael Əvəz oğlu Əsədov 1952-ci il oktyabrın 27-də Gəncədə anadan olub. 1969-cu ildə orta məktəbi bitirdikdən sonra Tbilisi Ali Artilleriya Məktəbinə daxil olub.

1973-cü ildə hərbi məktəbi bitirərək, təhsilini Sankt-Peterburq Нәгbi Artilleriya Akademiyasında davam etdirib. Təhsilini başa vurduqdan sonra SSRİ Silahlı Qüvvələrinin tərkibində Macarıstan, Vyetnam və Əfqanıstanda qulluq edib. R.Əsədov 1991-ci ildən Ağdam, Goranboy, Tovuz və Gədəbəydə hərbi əməliyyatların fəal iştirakçısı olub.

1992-ci il noyabrın 12-də Ağstafada əməliyyata hazırlıq zamanı döyüş mövqelərinə nəzarət edərkən, yaxınlıqda partlayan mərmi qəlpələrindən şəhid olub.

Azvision.az



Teqlər: Milli-Qəhrəman  





Xəbər lenti