Azərbaycan Paralimpiya Oyunlarına 7-ci lisenziyanı qazandı

 Azərbaycan Paralimpiya Oyunlarına 7-ci lisenziyanı qazandı
  12 Noyabr 2019    Oxunub:2994
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində paraatletika üzrə dünya çempionatı davam edir.
Azvision.az xəbər verir ki, çempionatın beşinci günündə azərbaycanlı idmançı, Paralimpiya çempionu Oloxan Musayev yarışlara qatılıb.

F56 kateqoriyasında lövhəatma yarışında paralimpiyaçımız 41,58 metrlik nəticə göstərib. Yarışda dördüncü yerə çıxan O.Musayev "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.

Bununla da, Tokio paralimpiadasına lisenziya qazanan Azərbaycan idmançıların sayı 7-yə yüksəlib.

Azvision.az


Teqlər: BƏƏ  





Xəbər lenti