Müslüm Maqomayevin xanımı xəstəxanaya yerləşdirildi

 Müslüm Maqomayevin xanımı xəstəxanaya yerləşdirildi
  12 Noyabr 2019    Oxunub:5083
Tanınmış opera müğənnisi, SSRİ-nin və Azərbaycanın Xalq artisti, Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya təcili xəstəxanaya yerləşdirilib.

Azvision.az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.
Telekanalın məlumatına görə, hazırda 76 yaşlı sənətçi kardiocərrahiyyə şöbəsində müayinə olunur. Bundan sonra həkimlər onun əməliyyat olunması və ya müalicəsi barədə qərar qəbul edəcəklər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: MüslümMaqomayev  





Xəbər lenti