Tamara Sinyavskayanın hazırki durumu açıqlanıb

  12 Noyabr 2019    Oxunub : 1464
Tamara Sinyavskayanın hazırki durumu açıqlanıb
Tamara Sinyavskaya özünü normal hiss edir.

Azvision.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə tanınmış opera müğənnisi, SSRİ-nin və Azərbaycanın Xalq artisti Tamara Sinyavskayanın nümayəndəsi bildirib. Onun sözlərinə görə, sənətçi hava şəraitinə görə özünü pis hiss edib və onda halsızlıq yaranıb.
“Hava şəraiti onun səhhətinə təsir edib, amma indi hər şey qaydasındadır. Ümumiyyətlə, özü bu mövzuda danışmaq istəməzdi. Bir sözlə, səhhəti normaldır”, - deyə Sinyavskayanın nümayəndəsi əlavə edib.

Qeyd edək ki, daha əvvəl Müslüm Maqomayevin həyat yoldaşı, 76 yaşlı sənətçinin səhhətində yaranmış problemə görə təcili xəstəxanaya yerləşdirilməsi barədə məlumat yayılıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: TamaraSinyavskaya