Koreyada müharibə başladı- VİDEO

Koreyada müharibə başladı- VİDEO
  13 Mart 2013    Oxunub:1661
Şimali Koreya bu gün rəsmi olaraq BMT-nin qətnaməsini rədd edib. Bu isə Şimali Koreyaya qarşı sanksiyaların sərtləşdiriləcəyindən xəbər verir.
1950-1953-cü illərdə Koreya müharibəsinin bitməsini təsdiq edən barışıq haqqında razılaşma artıq qüvvədən düşmüş hesab edilir. Bu barədə Şimali Koreyanın Müdafiə Nazirliyinin rəsmiləri məlumat verib. Məlumat görə Koreya Xalq Respublikası özünü sözügedən razılaşmaya əsasən götürdüyü öhdəliklərdən azad hesab edir.

Həmçinin qeyd olunur ki, rəsmi Pxenyan”əvvəlki kimi hərb yönümlü siyasətini davam etdirəcək. Respublika bundan sonra da ölkənin suverenliyinin müdafiəsini təmin edən ən etibarlı “milli nüvə qüvvəsi”ni daha da gücləndirmək niyyətindədir. Belə ki, ölkənin xarici işlər naziri nüvə silahının istehsalına davam edəcəyini bildirib. Bununla yanaşı Pxenyan rəsmiləri Cənubi Koreyaya mümkün hərbi müdaxiləni də istisna etməyiblər.

Cənubi Koreya isə öz növbəsində müharibəyə hazırlıq çərçivəsində hərbi qüvvələrini döyüşə hazır vəziyyətə gətirib və Şimali Koreyanın nüvə hücumuna əl atacağı təqdirdə Kim Çen In rejiminin yer üzündən siləcəyini bəyan edib.

AzVision.az




Teqlər:  





Xəbər lenti