ABŞ-ın sabiq prezidenti xəstəxanaya yerləşdirilib

  12 Noyabr 2019    Oxunub : 840
ABŞ-ın sabiq prezidenti xəstəxanaya yerləşdirilib
ABŞ-ın sabiq prezidenti Cimmi Karter xəstəxanaya yerləşdirilib.
Azvision.az xəbər verir ki, bu barədə eks-prezidentin ofisi məlumat yayıb.

Bildirilib ki, 95 yaşlı Karter kəllədaxili təzyiqdən əziyyət çəkir. Son bir il ərzində o, bud, çanaq sümüyü sınığı ilə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Cimmi Karter 1977-1981-ci illərdə ABŞ-ın prezidenti olub.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: ABŞ   Prezident   Xəstəxana