Amerikalı reperi maşında güllələdilər - VİDEO

Amerikalı reperi maşında güllələdilər -    VİDEO
  13 Noyabr 2019    Oxunub:2363
Amerikalı gənc reper, Lil Reese kimi tanınan Tavares Teylor güllələnib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ötən gün Çikaqo yaxınlığındakı Kantri Klab Hilsdə baş verib.

Hadisə yerinə gələn polislər salonunda qan izləri olan avtomobil aşkar ediblər. Məlum olub ki, güllələnən şəxs Teylordur. O, xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin təfərrüatları açıqlanmayıb. Faktla bağlı araşdırma aparılır.



Azvision.az



Teqlər: Amerika   Reper   Atışma  





Xəbər lenti