“Facebook” onlayn ödəmə xidmətini işə saldı

“Facebook” onlayn ödəmə xidmətini işə saldı
  13 Noyabr 2019    Oxunub:3084
“Facebook” şirkəti “Facebook Pay” elektron ödəmə sistemini işə salıb.
Azvision.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. Bildirilib ki, “Facebook Pay” xidməti insanlara “Facebook”, “Messenger”, “Instagram” və “WhatsApp”da rahat, təhlükəsiz və etibarlı ödəniş aparma imkanı yaradacaq.

Yeni xidmət ödəmə informasiyasının əlavədə saxlanmasına kömək edəcək. Nəticədə istifadəçi nəsə almaq istəyərkən ödəmə məlumatını yenidən daxil etməyəcək.

Qeyd edək ki, “Facebook Pay” xidməti hələlik Amerika ərazisində yaşayan “Facebook” və “Instagram” istifadəçiləri üçün aktivdir.

Azvision.az



Teqlər: Facebook  





Xəbər lenti