Azərbaycan karateçiləri Belçikada 2 medal qazanıb

Azərbaycan karateçiləri Belçikada 2 medal qazanıb
  13 Noyabr 2019    Oxunub:1584
Azərbaycan karateçiləri Belçikanın Lyej şəhərində keçirilən beynəlxalq turnirdə 2 medal qazanıblar.
Azvision.az xəbər verir ki, təmsilçilərimiz Suada Kərimova (16-17 yaşlı gənclər, kumite 47 kq) və Neda Rezai (böyüklər, kata) bürünc mükafata sahib olublar. Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov dəvətə əsasən turniri idarə edən hakimlər arasında olublar.

Qeyd edək ki, Belçikada müxtəlif yaşlı karateçilər arasında təşkil edilən yarışda 25 ölkədən 1125 idmançı iştirak edib.

Azvision.az



Teqlər: Belçika   Karate   Yarış  





Xəbər lenti