İsrail Qəzzaya zərbələr endirib: 10 ölü, 45 yaralı

   İsrail Qəzzaya zərbələr endirib:    10 ölü, 45 yaralı
  13 Noyabr 2019    Oxunub:1832
İsrail ordusunun Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində 10 nəfər həlak olub.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, 45 nəfərdən çox yaralı xəstəxanaya yerləşdirilib. Onlardan bəzilərinin vəziyyəti ağırdır. Bu səbəbdən ölü sayının artacağı istisna edilmir.

Qeyd edək ki, İsrail öz ərazisinin Qəzzadan atəşə tutulduğunu bəyan edib. Bildirilib ki, Fələstin tərəfindən İsrailə 190 raket atılıb.

Azvision.az



Teqlər: Fələstin   İsrail  





Xəbər lenti