Ukrayna baş naziri istefa verəcək

Ukrayna baş naziri istefa verəcək
  14 Dekabr 2013    Oxunub:1488
Nikolay Azarov istefaya getməyə hazır olduğunu bəyan edib.
AzVision.az-ın rus mətbuatına istinadən verdiyi məlumata görə, o müxalifətlə birgə keçirilən “Dəyirmi masa” zamanı belə deyib.

Müxalifətçi deputat Arseniy Yatsenyukun “ölkədəki böhrana səbəb baş nazirin öz kreslosundan bərk yapışmasıdır” söyləməsinə Azarov “Mənim öz iradəm var, mən qərarımı verəcəyəm. Amma sən də iradəni ortaya qoy və məsuliyyəti üzərinə götür”, - deyə cavab verib.

AzVision.az


Teqlər:





Xəbər lenti