Trampdan Ərdoğana 100 milyard dollarlıq təklif

Trampdan Ərdoğana 100 milyard dollarlıq təklif
  13 Noyabr 2019    Oxunub:2075
ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana 100 milyard dollarlıq ticarət sövdələşməsi təklif edib. Əvəzində isə Vaşinqton Rusiyaya məxsus "S-400" hava hücumundan müdafiə sistemlərini aldığına görə Ankaraya sanksiya tətbiqini aradan qaldıracağını vəd edir.
Azvision.az xəbər verir ki, bu barədə "Washington Post" yazıb.

Nəşrin məlumatına görə, Amerika liderinin iki ölkə arasında münasibətləri yaxşılaşdırmağa yönəlmiş bənzər təkliflərindən ibarət məktubu ötən həftə Ərdoğana göndərilib.

“Yəqin ki, Trampın təklifləri ABŞ Nümayəndələr Palatasında keçən ay Suriyadakı hərbi əməliyyatlarla bağlı Türkiyəyə qarşı sanksiya tətbiq edilməsini dəstəkləyən bəzi konqresmenləri qəzəbləndirəcək”, -deyə deyə nəşr yazıb.

Qeyd edək ki, hazırda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da səfərdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ərdoğan   Tramp  





Xəbər lenti