Paşinyanın reytinqi kəskin şəkildə aşağı düşüb

Paşinyanın reytinqi kəskin şəkildə aşağı düşüb
  13 Noyabr 2019    Oxunub:2553
Ermənistanın baş naziri Nikol Paşinyanın reytinqi sürətlə düşməkdə davam edir.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, son vaxtlar Paşinyan daha tez-tez selfiler çəkir, canlı yayıma çıxır, xalqa xoş gəlmək üçün digər hərəkətlər edir. Buna səbəb təxminən 10 gün əvvəl baş nazirə təqdim edilən yeni rəy sorğusunun nəticələridir.

Həmin sorğunun nəticələri Paşinyanı o qədər qəzəbləndirib ki, onları yenidən yoxlamağa, eyni zamanda beynəlxalq təşkilatın Ermənistandakı filialına yeni rəy sorğusu keçirməyə göstəriş verib.

“Sorğunun nəticələri Paris ziyarətindən 2 gün əvvəl baş nazirə təqdim edilib və göstəricilər onun reytinqinin 21-23% arasında dəyişdiyini təsdiqləyib. Rəy sorğusu Paşinyanı çox qəzəbləndirib və o, ən etibarlı adamlarına düşünməyi, təhlil aparmağı, gələcək üçün fəaliyyət proqramını ona təqdim etməyi tapşırıb. Reytinqin bu qədər sürətlə düşməsini dayandırmaq üçün nə etmək lazım gəldiyini araşdırmağa göstəriş verib", - deyə Ermənistan KİV-ləri yazıb.

Məlumatda, həmçinin qeyd olunub ki, baş nazirin tezliklə cəmiyyəti yeni, daha maraqlı şoularla təmin etmək üçün təşəbbüs göstərəcəyi istisna deyil, çünki əvvəllər təşkil edilənlər öz məqsədinə çatmayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan   Reytinq  





Xəbər lenti