“Sülh Çeşməsi”: Terrorçuların basdırdığı 923 bomba zərərsizləşdirilib

  13 Noyabr 2019    Oxunub : 1567
 “Sülh Çeşməsi”: Terrorçuların basdırdığı 923 bomba zərərsizləşdirilib
Suriyada “Sülh Çeşməsi” əməliyyatı nəticəsində terrorçulardan təmizlənən bölgələrdən qaçan YPG/PKK terrorçuları mülki vətəndaşların evlərinin olduğu ərazilərə kustar üsulla hazırlanmış bombalar və minalar basdırıb.
Türkiyə Müdafiə Nazirliyindən Azvision.az -a verilən açıqlamada bildirilib ki, “Sülh Çeşməsi” əməliyyatının keçirildiyi ərazilərdə bu günə qədər 923 ədəd kustar üsulla hazırlanmış bomba və 337 mina zərərsizləşdirilib.

Qeyd olunub ki, hazırda bu istiqamətdə işləri davam edir və hərbçilərə bu işdə onlara minaaxtaran itlər də kömək edir. Terrör təşkilatının ev, yol və iş yerlərinə yerləşdirdiyi minalardan vətəndaşlar böyük zərər görür.

Xatırladaq ki, 12 yaşlı İyed Bahtani və 10 yaşındakı bacısı Rines Bahtani yenidən qovuşduqları evlərinin həyətində oynadıqları zaman PKK/YPG terrorçularının basdırdığı minanın partlaması nəticəsində yaralanmışdı.

Azvision.az

Teqlər: Türkiyə   Suriya