Klinton yenidən prezidentliyə namizəd ola bilər

Klinton yenidən prezidentliyə namizəd ola bilər
  13 Noyabr 2019    Oxunub:1392
ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton 2020-ci ildə keçiriləcək prezident seçkilərində iştirakını istisna etməyib.
Azvision.az xəbər verir ki, o, bu barədə BBC-yə müsahibəsində bildirib.

"Heç vaxt, heç vaxt deməyin", - Klinton yenidən prezidentliyə namizəd olma ehtimalı barədə sualı cavablandırarkən deyib.

Qeyd edək ki, ABŞ-ın sabiq prezidenti Bill Klintonun xanımı Hillari Klinton 2016-cı ildə demokratların namizədi olaraq Donald Trampa məğlub olub.

ABŞ-da prezident seçkiləri 3 noyabr 2020-ci ildə keçiriləcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər:





Xəbər lenti