“Qarşımıza qoyduğumuz məqsədlərə çata bilmərik” - Erməni deputat

 “Qarşımıza qoyduğumuz məqsədlərə çata bilmərik” -  Erməni deputat
  13 Noyabr 2019    Oxunub:1909
Ermənistan hökumətinin 2020-ci il üçün təqdim etdiyi büdcə layihəsi inqilabi deyil.
Azvision.az xəbər verir ki, bu barədə “Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Mikael Melkumyan bildirib.

“Büdcə heç də inqilabi deyil. Bu büdcə iqtisadi inqilabın məqsədlərinə xidmət etmir. Burada əks olunan göstəricilərlə qarşımıza qoyduğumuz məqsədlərə çata bilmərik”, - deputat deyib.

Melkumyanın sözlərinə görə, iqtisadi inqilab reallığa çevrilə bilməz. O, dövlətin və xalqın maraqlarına xidmət etmədiyi üçün “Çiçəklənən Ermənistan” fraksiyasının təklif olunan dövlət büdcəsi layihəsinin əleyhinə səs verəcəklərini vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan   Büdcə   Deputat  





Xəbər lenti