Qəbələdəki insidentlə bağlı RƏSMİ MƏLUMAT
Rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilib, hadisə yerindən 5 ədəd giliz, 1 ədəd patron, “Vinçester” tipli ov tüfəngi, qan nümunələri maddi sübut kimi götürülüb, zəruri ekspertizalar, o cümlədən məhkəmə-tibbi ekspertizaları təyin edilmiş və digər prosessual hərəkətlər yerinə yetirilib.
Rayonun Zarağan kənd sakini, 1977-ci il təvəllüdlü Ariz Rəsulzadənin qeyd edilən ticarət mərkəzinin qarşısında mülki mübahisə ilə bağlı baş vermiş münaqişə zəminində avtomobilində gəzdirdiyi “Vinçester” tipli ov tüfəngindən atəş açaraq E.Kərimovu və V.Dadaşovu qəsdən öldürməsi, Z.Cavadova isə xəsarət yetirməsində əsaslı şübhələr olduğundan sonuncu tutularaq şübhəli şəxs qismində istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.