Yaşayış minimumu 190 manat oldu
Bundan başqa, “Əmək pensiyaları haqqında” (birinci oxunuş), “Məşğulluq haqqında” (birinci oxunuş), “Sosial müavinətlər haqqında” qanun layihələri qəbul edilib.
İclasda həmçinin Azərbaycanda 2020-ci il üçün ehtiyac meyarı və yaşayış minimumu da təsdiqlənib. Gələn il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində müəyyən edilib.
Gələn il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat və uşaqlar 170 manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manatdır.
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Ehtiyac Meyar Yaşayışminimumu