Ermənistanın ali məktəblərində etiraz aksiyaları

Ermənistanın ali məktəblərində etiraz aksiyaları
  14 Noyabr 2019    Oxunub:2730
Ermənistan hökumətinin hazırladığı ali təhsil haqqında yeni qanun layihəsində universitetlərin qeyri-humanitar fakültələrində erməni dili, erməni tarixi və ədəbiyyat dərslərinin ləğv olunması etirazlara səbəb olub.
Azvision.az erməni KİV-lərinə istinadla xəbər verir ki, etirazlara rəhbərlik edən İrəvan Dövlət Universitetinin filologiya fakültəsinin professoru Narina Dilbaryan mübahisəli qanun layihəsini Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi ilə müzakirə etməyi tələb edib.

Aksiyaya paralel olaraq İrəvanın mətbuat mərkəzlərindən birində tarixçi alimlərin mətbuat konfransı keçirilib. Etirazlara millətçi “Daşnaksutyun” partiyası da qoşulub.

Erməni dilinin və ədəbiyyatının arxa plana atıldığını iddia edən nümayişçilər baş nazir Paşinyandan nazir Araik Arutyunyanı istefaya göndərməyi tələb ediblər.

Azvision.az



Teqlər: Ermənistan   Etiraz   Aksiya  





Xəbər lenti