Azərbaycan türk iş adamını axtarışa verdi
APA-nın xəbərinə görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Məlumatda bildirilir ki, Türkiyə vətəndaşı, 51 yaşlı Metin Mehmet Ali Abdullah Vahab vergidən yayınmaqda təqsirli bilinir. Onun saxlanılması üçün Azərbaycan dövlətlərarası axtarış elan edib.
Metin Mehmet Ali Abdullah Vahab Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
Qeyd edək ki, bu il Azərbaycan hüquq-mühafizə orqanları ölkədə sahibkarlıqla məşğul olmuş daha bir neçə türkiyəli iş adamı barəsində beynəlxalq axtarış elan edib.
Onların hamısı vergidən yayınmada ittiham olunur.
Teqlər: